Yeddi ölkənin vətəndaşları ABŞ-yə səfər edə bilməyəcəklər
Dünya
262
09:21, Bu gün

Yeddi ölkənin vətəndaşları ABŞ-yə səfər edə bilməyəcəklər

ABŞ yeddi ölkənin - Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşları üçün ölkəyə girişinə tam qadağa tətbiq edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.
 
Bəyanata əsasən, bundan başqa, 15 ölkənin vətəndaşları üçün viza verilməsinə qismən məhdudiyyətlər tətbiq olunur: Anqola, Antiqua və Barbuda, Benin, Kot-d'İvuar, Dominika, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa, Zambiya və Zimbabve.
 
Eyni zamanda, Vaşinqton Türkmənistan vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının verilməsinə qoyulmuş qadağanı ləğv etmək, lakin immiqrasiya vizaları üzrə məhdudiyyəti qüvvədə saxlamaq qərarına gəlib.
Link kopyalandı!
Son xəbərlər