1678
16 Dec 2025 | 21:30

"Bloomberg": Ukraynada müharibə başlayandan Rusiya neftinin qiyməti ən aşağı səviyyəyə enib

Ukraynada müharibə başlayandan bəri Rusiya neftinin qiyməti ən aşağı səviyyəyə enib.

Moderator.az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, artan sanksiya təzyiqi Rusiyanın neft satışını və daşımasını çətinləşdirir. Məhdudiyyətlər həm də Rusiya xammalının əsas alıcıları olan ölkələrdəki neft emalı zavodlarını, xüsusən Hindistanı əhatə edir ki, bu da Rusiya ixracatçılarını əhəmiyyətli endirimlər təklif etməyə məcbur edir.

Qeyd olunub ki, Baltik və Qara dəniz limanlarından, həmçinin şərqdəki Kozmino limanından ixrac olunan Rusiya neftinin orta qiyməti 1 barel üçün 40 dollardan bir qədər çoxdur. Bu, əvvəlki üç ayın orta göstəricisindən 28% azdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər