22:07
8°C
Bakı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri "Honkonq qripi" kimi tanınan A(H3N2) virusunun sürətlə yayıldığını təsbit edirlər.
Moderator.az-ın TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün Epidemioloji və Pandemiya Təhlükələrinin İdarə Edilməsi Departamentinin Qlobal Respirator Təhlükələri Şöbəsinin müdiri Ventsin Çjanın açıqlamasında deyilir.
Onun sözlərinə görə, virus artıq dünyanın 30 ölkəsində aşkarlanıb:
"Şimal yarımkürəsində qış mövsümünün başlaması ilə qrip və digər tənəffüs yolu virusları ilə yoluxma hallarında artım müşahidə olunur. Bununla belə, qripə yoluxmanın qlobal səviyyəsi bu mövsümdə hələ gözlənilən diapazondadır".
Qeyd edək ki, A(H3N2) virusu ilk dəfə Avstraliya və Yeni Zelandiyada qeydə alınıb.