Şmıqal: 2025-ci ildə Ukraynaya yardım rekord 45 milyard dollara çata bilər
Dünya
185
19:15, Bu gün

Şmıqal: 2025-ci ildə Ukraynaya yardım rekord 45 milyard dollara çata bilər

2025-ci ildə Ukraynaya yardım rekord 45 milyard dollara çata bilər ki, bu da müharibənin başlanmasından bəri ən yüksək göstərici olacaq.

Moderator.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Denis Şmıqal "Ramştayn" formatında keçirilən Ukraynanın müdafiəsi üzrə Əlaqə Qrupunun iclasında tərəfdaşlara müraciətində bildirib.

Nazir müttəfiqlərə dəstəyə görə təşəkkürünü ifadə edib və vurğulayıb ki, bu il Kiyevə göstərilən hərbi yardımın həcmi rekord səviyyəyə çatıb.

Şmıqal əlavə edib ki, Ukraynanın 2026-cı il üzrə ümumi müdafiə ehtiyacları 120 milyard ABŞ dolları təşkil edir. Onun sözlərinə görə, gələn il üçün əsas prioritetlər sabit maliyyələşdirilməsi, hava hücumundan müdafiənin gücləndirilməsi, yerli müdafiə sənayesinin dəstəklənməsi, sursat və uzaqmənzilli raketlərin tədarüküdür. Nazir həmçinin Ukrayna Silahlı Qüvvələrinin effektiv təminatı üçün PURL mexanizminin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Link kopyalandı!
Son xəbərlər