Almaniya Ukrayna silahlı qüvvələrinə iki ədəd "Patriot" hava hücumundan müdafiə sistemi (HHM) və doqquzuncu "IRIS-T" kompleksini təhvil verib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Almaniyanın müdafiə naziri Boris Pistoriusun bəyanatına istinadən bildirib.
"Sonuncu görüşümüzdən bəri Ukraynanın hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirmişik, xüsusilə avqustda vəd edilən iki "Patriot" sisteminin və doqquzuncu "IRIS-T" sisteminin tədarükü sayəsində", - Pistorius bildirib.
Onun sözlərinə görə, gələn il Almaniya həmçinin Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Almaniya arsenalından böyük miqdarda "AIM-9 Sidewinder" raketlərini Ukraynaya təhvil verəcək.
Bundan başqa, nazirin sözlərinə görə, Berlin NATO-nun PURL mexanizmi vasitəsilə ABŞ arsenallarından kritik əhəmiyyətli silah və sursat alınması üçün Kiyevə əlavə 200 milyon dollar ayırıb.