Beynəlxalq təhlükəsizlik qüvvələri Ukrayna ordusunun dəstəyi ilə fəaliyyət göstərəcək
Dünya
183
18:09, Bu gün

Beynəlxalq təhlükəsizlik qüvvələri Ukrayna ordusunun dəstəyi ilə fəaliyyət göstərəcək

Ukrayna ərazisinə yeridiləcək beynəlxalq təhlükəsizlik qüvvələri güclü Ukrayna ordusunun dəstəyi və ABŞ-ın monitorinqi altında fəaliyyət göstərəcək.

Moderator.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Niderlandın Baş naziri Dik Sxoof deyib.

Onun sözlərinə görə, Berlində aparılan danışıqlarda Ukrayna üçün “çox güclü” təhlükəsizlik zəmanətləri ilə bağlı qərar qəbul olunub.

Baş nazir bildirib ki, bu zəmanətlər təkcə beynəlxalq təhlükəsizlik qüvvələrini deyil, eyni zamanda güclü, Ukrayna ordusunu və ABŞ tərəfindən təmin olunacaq təmas xəttinin monitorinqini də əhatə edəcək.

“Bu, Zelenskiyə Rusiya ilə danışıqlar aparmaq imkanı verir. Bu rahat deyil, lakin o, Ukraynanın təhlükəsizlikdə olduğunu anlayacaq”, — Sxoof vurğulayıb.

Baş nazir əlavə edib ki, “İstəklilər Koalisiyası” atəşkəs rejimi üzərində fəal işləyir və onun texniki cəhətdən necə təmin olunacağını dəqiq bilir.

Link kopyalandı!
Son xəbərlər