Rusiyanın "Zenit" klubunun baş məşqçisi Sergey Semak və həyat yoldaşı Anna bu gün Münhen hava limanında saxlanılıblar.
Moderator.az xəbər verir ki, bu barədə məşhur məşqçinin xanımı sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, Semak və həyat yoldaşı hava limanında təhlükəsizlik yoxlamasından keçiriliblər.
Qeyd olunur ki, saxlanılma qısamüddətli olub. Mütəxəssisin saxlanılmasının səbəbi Avropadan dəyəri 300 avrodan çox olan mal aparmaq istəməsi olub. Yeni qanunlara görə, Rusiya vətəndaşlarına Avropadan Rusiyaya sözügedən məbləğdən çox olan mal aparmağa icazə verilmir.
Anna bildirib ki, özü və əri dindirildikdən sonra sərbəst buraxılıblar.
Qeyd edək ki, Rusiya yığmasının sabiq futbolçusu olan Semak 2018-ci ildən Sankt-Peterburqun "Zenit" klubunun baş məşqçisidir.