16:29
9°C
Bakı
Çikaqo ətrafında yerləşən və məşhur "Evdə tək" filmindən tamaşaçılara tanış olan malikanə Milad komediyasında olan görkəminə qaytarılır.
Moderator.az xəbər verir ki, məlumatı ABC7 saytı yayıb.
Ev əvvəllər fərqli görkəmdə təmir edilib və satılıb. İndi isə mülk yeni sahibi tərəfindən 1990-cı ildə, tamaşaçılara ekrandan məlum olan görünüşünə qaytarılacaq.
Malikanə 5.5 milyon dollara alınıb. İllinoysda yerləşən əmlak Tim və Trişa Consonlara məxsus olub. Onlar evi 2024-cü ilin mayında satışa çıxarıblar və alıcı tapmaq bir ildən az vaxt aparıb. TMZ-nin məlumatına görə, Consonlar sövdələşmədən xeyli miqdarda pul qazanıblar.
Tikilinin kim tərəfindən alındığı açıqlanmayıb.