Səudiyyə Ərəbistanı edamların sayına görə yeni rekord müəyyənləşdirdi
Dünya
3143
16 Dec 2025 | 00:27

Səudiyyə Ərəbistanı edamların sayına görə yeni rekord müəyyənləşdirdi

Səudiyyə Ərəbistanı bir il ərzində həyata keçirilən edamların sayına görə yeni rekord müəyyənləşdirib.

Moderator.az bu barədə AFP agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu il ölkədə 340 nəfər edam olunub. Hökumət orqanlarının bildirdiyinə görə, dekabrın 15-də daha üç nəfər edam edilib.

1990-cı illərdən etibarən insan haqları təşkilatları edamların statistikasını aparmağa başladıqdan sonra Səudiyyə Ərəbistanı ardıcıl ikinci ildir ki öz rekordunu yeniləyir. 2024-cü ildə ölkədə 338 nəfər edam edilmişdi.

2025-ci ildə həyata keçirilən 340 edamdan 232-si narkotiklə əlaqəli cinayətlərə görə olub. Bu rəqəm 2024-cü ildə eyni səbəbdən edam edilən 117 nəfərin sayından təxminən iki dəfə çoxdur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər