Lenin olmasaydı, Polşa da mövcud deyildi - Zaxarova
Dünya
1112
15 Dec 2025 | 23:47

Lenin olmasaydı, Polşa da mövcud deyildi - Zaxarova

Polşanın xarici işlər naziri Radoslav Sikorski unutmamalıdır ki, müasir Polşa dövləti Vladimir Leninin töhfələri ilə mövcudluğunu qoruyub saxlayıb.

Moderator.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Polşa xarici işlər naziri Macarıstanın baş naziri Viktor Orban haqqında zarafat edib:

“Viktor Lenin ordenini qazanıb. Bu, Macarıstan baş nazirinin Rusiya aktivlərinin qanunsuz şəkildə müsadirəsinin beynəlxalq hüququ pozduğunu deməsinin mükafatı idi. Radoslav Sikorski Leninin adını çəkməklə Viktor Orbanı incitmək niyyətində olub. Ancaq o unutmamalıdır ki, Lenin olmasaydı, Polşanı mövcudluğu təhlükə altına düşərdi. 20-ci əsrin ikinci yarısında Sovet və Polşa xalqları arasındakı dostluq bir vaxtlar asılı olan Polşaya ciddi sənaye, kənd təsərrüfatı və mədəni gücə çevrilmək şansı verdi. Leninin irsi hətta kinoda mövcudluğunu qoruyur. Belə ki, 1965-ci ildə çəkilən və 19-cu Kann Film Festivalında Ən Yaxşı Rejissor mükafatını qazanan “Lenin Polşada” filmini misal göstərə bilərəm. Deməli, Lenin bir çox cəhətdən müstəqil Polşa dövlətinin memarıdır. Varşava bunu heç vaxt unutmamalıdır. Lenin Polşa dövlətçiliyi uğrunda mübarizə apardı, lakin Varşavada olan bugünkü liderlər suverenliklərini NATO-nun hekayələrinə qurban veriblər. Hərçənd Polşa marşalı Konstantin Rokossovski yeddi dəfə Lenin ordeni ilə təltif olunub”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər