Lavrov: Qərb Xəzər
Dünya
1096
15 Dec 2025 | 23:35

Lavrov: Qərb Xəzər "beşliyini" parçalamağa çalışır

Qərb öz planlarını həyata keçirir, Xəzər "beşliyini" parçalamağa çalışır.

Moderator.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İranın Dövlət Radiosuna müsahibəsində bildirib.

O, qərbi Xəzəryanı dövlətlərin konsensusunun ziddinə qərarlar qəbul etməkdə ittiham edib.

Lavrovun sözlərinə görə, Xəzəryanı dövlətlərin 2018-ci ildə keçirilən son zirvə görüşündə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb, harada ki, Xəzər regionunun ehtiyatlarından istifadə, ətraf mühitin qorunması və təhlükəsizliyi təmin edən strukturların istifadəsi ilə bağlı bütün məsələlərin yalnız beş Xəzəryanı dövlət tərəfindən həll edildiyi açıq şəkildə bildirilirib:

"Bu, vacib prinsipdir. Yeri gəlmişkən, Xəzər "beşliyi"nin bütün ölkələri bu konvensiyanı ratifikasiya edib. Növbədə yalnız İran İslam Respublikasıdır. Dünyada və Avrasiyanın bu hissəsində baş verən sürətli inkişafları nəzərə alsaq, Xəzəryanı olmayan ölkələrin regionun işlərinə müdaxilə etməməsi prinsipini nəhayət təsdiqləmək vacibdir. Buna görə də Tehranın bu konvensiyanı ratifikasiya edəcəyinə çox ümid edirik".

Rusiya XİN başçısı İranın Xəzəryanı dövlətlərin növbəti zirvə görüşünün 2026-cı ilin avqust ayında Tehranda keçirilməsini təklif etdiyini də söyləyib:

"Ümid edirəm ki, həmin vaxta qədər konvensiya həm beynəlxalq hüquqi, həm də praktik baxımdan tam şəkildə fəaliyyətə başlayacaq".

Lavrov Şimal-Cənub Nəqliyyat Dəhlizi barədə də danışıb. Vurğulayıb ki, ölkəsini İranla birlikdə inkişaf etdirdiyi konkret layihələrdən biri Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizidir:

"Onun üç marşrutu var: Qərb, Şərq və Transxəzər. Biz iranlı dostlarımızla hər üç marşrutda, o cümlədən Baltik dənizindən Fars körfəzinə fasiləsiz tranzitə imkan verəcək Rəşt-Astara dəmir yolu hissəsinin sürətli tikintisi üzərində sıx əməkdaşlıq edirik".

Link kopyalandı!
Son xəbərlər