Siyarto: Ukraynanın Aİ-yə üzvlüyü ona təhlükəsizlik təminatı verməyəcək
Dünya
1100
15 Dec 2025 | 23:00

Siyarto: Ukraynanın Aİ-yə üzvlüyü ona təhlükəsizlik təminatı verməyəcək

Ukraynanın Avropa İttifaqına üzvlüyü bu ölkə üçün təhlükəsizlik zəmanəti yaratmayacaq, əksinə, bütün Avropa üçün Rusiya ilə müharibə riski formalaşdıracaq.

Moderator.az xəbər verir ki, bu fikri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Brüsseldə macar jurnalistlərlə söhbəti zamanı səsləndirib.

Nazirin sözlərinə görə, Budapeşt Ukraynanın Aİ-yə üzvlüyünə təhlükəsizlik təminatı kimi yox, Avropa üçün ciddi risk kimi yanaşır.

“Biz, macarlar Ukraynanın Avropa İttifaqına üzvlüyünü ukraynalılar üçün təhlükəsizlik zəmanəti deyil, bütün Avropa üçün müharibə təhlükəsi kimi qiymətləndiririk”, nazir vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər