04:02
3°C
Bakı
Ukrayna Avropa İttifaqına üzv olmamışdan əvvəl namizəd ölkələr üçün nəzərdə tutulan bütün tələbləri yerinə yetirməlidir.
Moderator.az "CTK" agentliyinə istinadən xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Petr Matsinka bildirib.
Matsinka Ukraynanın 2027-ci ildə Aİ-yə üzvlüyü perspektivinə skeptik yanaşdığını bildirib. Onun sözlərinə görə, indiki mərhələdə bunu real təsəvvür etmək çətindir.
“Avropa İttifaqına hər hansı ölkə yalnız müəyyən şərtləri yerinə yetirdikdən və üzvlük prosesindən keçdikdən sonra qəbul edilə bilər. Bu şərtlər yumşaldılmamalı, heç bir istisna tətbiq olunmamalıdır. Əks halda bu, düzgün və ədalətli olmaz”, - nazir vurğulayıb.