03:27
4°C
Bakı
Konqo Demokratik Respublikası "23 mart hərəkatı" (M23) qruplaşmasının silahlıları tərəfindən ələ keçirilmiş Çopo əyalətində mübarizəni davam etdirmək üçün Çaddan hərbi yardım istəyib.
Moderator.az bu barədə "RDC Times" portalına istinadən xəbər verir.
Qeyd olunur ki, Konqo DR Prezidenti Feliks Çisekedi kömək üçün artıq Çada müraciət edib, lakin Çad hökuməti tərəfindən heç bir addım atılmayıb.
Portal xatırladıb ki, Çadın Konqo DR ilə ümumi sərhədi yoxdur.