Maduro:
Dünya
1191
15 Dec 2025 | 21:40

Maduro: "Venesuela müdafiə sistemini təkmilləşdirir"

Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, ABŞ-nin hərbi təhdidlərinin cavabında ölkənin müdafiə qabiliyyətini gücləndirməyi qərara alıblar.

Moderator.az xəbər verir ki, məlumatı VTV telekanalı yayıb.

"Venesuela 25 həftə müddətində psixoloji terror, hərbi müdaxilə təhdidi, pirat hücumları və Venesuela neftini daşıyan gəminin ələ keçirilməsi kimi hadisələr yaşayıb. Latın Amerikası və Karib dənizi hövzəsində qanuni və diplomatik yollar tamamilə kəsilmişdi", - deyə N.Maduro Amerika xalqları üçün Bolivar Alyansının görüşü zamanı bildirib.

ABŞ sentyabrın əvvəlindən Venesuela gəmilərinə zərbə endirir, Pentaqon onlardan narkotiklərin daşınmasında istifadə edildiyini əsas gətirir. Dövlət Departamenti "Cartel de Los Soles"i ("Günəş karteli") terror təşkilatı hesab edib. Vaşinqtonun iddialarına görə, kartelə N.Maduro rəhbərlik edir.

Link kopyalandı!
Son xəbərlər