Donetskin tam işğalı üçün ruslara bu qədər vaxt lazımdır
Dünya
374
19:30, Bu gün

Donetskin tam işğalı üçün ruslara bu qədər vaxt lazımdır

Son 3 il 8 ay ərzində (44 ay və ya 1350 gün) Rusiya qüvvələri Donetsk vilayətinin cəmi 23 faizini ələ keçirə bilib. Hazırda vilayətin 22,6 faizi Ukraynanın nəzarətində qalır.

Moderator.az “Qordon” kanalına istinadən xəbər verir ki, “DeepState” analitiklərinin hesablamaları bunu göstərib.

Tammiqyaslı işğal hərəkatından əvvəl Donetsk vilayətinin təxminən 32 faizi separatçı qüvvələrin nəzarətində idi. İşğalın ilk 40 günü ərzində isə Ukraynanın cənubundakı müdafiənin çökməsi və Mariupolun mühasirəyə alınması nəticəsində Rusiya daha 22,4 faiz ərazini tutmağa nail olmuşdu. Bundan sonra irəliləyişin tempi kəskin şəkildə zəifləyib.

“Alman Vermaxtı 47 aya çatmamış müddətdə Qərbi Buqdan Moskvaya və Stalinqrada qədər irəliləyə bildi, daha sonra isə Berlində geri döndü. “Dünyanın ikinci ordusu” isə demək olar ki, eyni müddətdə Donetskdən Pokrovska qədər çata bilib. Amerikalı tərəfdaşların bu cür “tısbağa sürətli hücumu” hansı əsasla “kozır” hesab etdiklərini anlamaq çətindir. Eyni zamanda etiraf etməliyik ki, mövcud qüvvələr balansı şəraitində biz də beynəlxalq səviyyədə tanınmış bütün əraziləri azad etmək imkanında deyilik.

Ümumilikdə, ciddi dəyişikliklər baş verməzsə, Donetsk vilayətinin tam işğalı üçün ruslara ən azı üç il lazım olacaq”, - deyə analitiklər qeyd ediblər.

Link kopyalandı!
Son xəbərlər