ABŞ səfiri: Türkiyə TRIPP marşrutu layihəsində mühüm rol oynayır
Dünya
350
18:49, Bu gün

ABŞ səfiri: Türkiyə TRIPP marşrutu layihəsində mühüm rol oynayır

Türkiyə "Tramp Marşrutu" (TRIPP) nəqliyyat-kommunikasiya layihəsində mühüm rol oynayır.

Moderator.az xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn "CivilNet"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton İrəvanla bərabər layihənin təşviqi və həyata keçirilməsi üçün bütün lazımi addımların atılması məqsədilə Ankara ilə birbaşa əməkdaşlıq edir.

Diplomat qeyd edib ki, TRIPP ABŞ tərəfindən Şərqi və Qərbi, daha geniş kontekstdə isə Mərkəzi Asiyanı Qərbi Avropa ilə birləşdirəcək marşrut kimi nəzərdən keçirilir. Kuinn vurğulayıb ki, uzun illər ərzində Qafqazda qeyri-sabit geosiyasi vəziyyətlə əlaqədar bu cür təşəbbüslərin həyata keçirilməsi mümkün olmayıb.

"TRIPP-in həyata keçirilməsi ilə yanaşı, ABŞ Ermənistanla birgə müəssisənin yaradılması üzərində işləyir", - o əlavə edib.

Link kopyalandı!
Son xəbərlər