Türkiyədə tanınmış musiqi qrupunun üzvləri barədə məhkəmə qərarı çıxarılıb
Dünya
1706
15 Dec 2025 | 18:45

Türkiyədə tanınmış musiqi qrupunun üzvləri barədə məhkəmə qərarı çıxarılıb

Türkiyənin "Manifest" musiqi qrupunun üzvlərinə qarşı keçirilən məhkəmə prosesi başa çatıb.

Moderator.az "TGRT Haber"ə istinadən məlumatına görə, yeddi qrup üzvünün hər biri "ekshibisionizm yolu ilə nalayiq hərəkətlər"ə görə 3 ay 22 gün həbs cəzasına məhkum ediliblər.

Məlumata görə, hökmün elan edilməsi isə təxirə salınıb. Qrup üzvlərinin üzərindən ölkədən çıxış qadağası da götürülüb.

Qeyd edək ki, musiqi qrupu səhnə performansları zamanı cəmiyyətin əxlaqi dəyərlərinə zidd davranışlar etməkdə ittiham olunublar.

Link kopyalandı!
Son xəbərlər