Stubbun sülh danışıqlarında gözlənilməz gizli rolu aşkara çıxdı
Dünya
613
17:59, Bu gün

Stubbun sülh danışıqlarında gözlənilməz gizli rolu aşkara çıxdı

Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ və Ukraynanın Berlində keçirdikləri sülh danışıqlarında vasitəçi-diplomat missiyasını icra edir.

Moderator.az Almaniyanın "Bild" nəşrinə istinadən xəbər verir ki, A.Stubb tərəflərin mövqelərini razılaşdırmaq üçün sözün həqiqi mənasında "hotellərin arasında qalıb".

Finlandiya liderinin qrafikində bir dəqiqə boş vaxt yoxdur. Səhər 9:16-da (Bakı vaxtı ilə 12:16) A.Stubb ABŞ nümayəndə heyətinin yerləşdiyi dəbdəbəli "Adlon" hotelinin lobbisini tərk edib, Almaniya Xarici İşlər Nazirliyinin xidməti avtomobilində 600 metr aralıya, Ukrayna Prezidenti Volodimir Zelenskinin qaldığı "Marriott" hotelinə gedib. Ukrayna liderinin yanında təxminən bir saat vaxt keçirdikdən sonra saat 10:16-da yenidən "Adlon"a qayıdıb ki, nəticələri amerikalılara çatdırsın.

Vasitəçi rolu üçün A.Stubbun seçilməsi təsadüfi deyil. "Bild" onun ABŞ Prezidenti Donald Trampla yaxın münasibətlərinin olduğunu yazır.

Link kopyalandı!
Son xəbərlər