21:26
7°C
Bakı
İranda bir neçə gün əvvəl həbs olunan hüquq müdafiəçisi, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin səhhətində problemlər var.
Moderator.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Məhəmmədi Nərgiz Fondu ilə telefon danışığı zamanı bildirib.
O, dekabrın 12-də həbs edilərkən təhlükəsizlik qüvvələrinin onun bədəninə ağır zərbələr endirdiyini deyib.
Məhəmmədi hətta xəstəxanaya aparıldığını da bildirib.
Hüquq müdafiəçisinin səhhətinin qənaətbəxş olmadığı bildirilir.
Qeyd edək ki, Nərgiz Məhəmmədi dekabrın 12-də hüquq müdafiəçisi Xosrov Əlikürdinin yas mərasimində iştirak edərkən başqa aktivistlərlə birlikdə saxlanılıb.