20:56
6°C
Bakı
Qazaxıstanın qərb bölgəsində kəskin hava şəraitində üç nəfər donaraq ölüb.
Moderator.az xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib.
Məlumata görə, pis hava şəraitində itkin düşən üç kişinin cəsədi bu gün tapılıb - onların hamısı hipotermiyadan ölüb.
Akjayiks rayonunun 54 yaşlı sakini isə sağ tapılıb, lakin onun bədənində donvurma əlamətləri var.
Qazaxıstanda Janibek rayonunun 59 yaşlı sakini isə üç gündür itkin düşüb. Hazırda onun axtarışları davam edir.