Pezeşkianın qızı ilə kürəkəninin bu görüntüləri müzakirə yaratdı - VİDEO
Dünya
383
17:10, Bu gün

Pezeşkianın qızı ilə kürəkəninin bu görüntüləri müzakirə yaratdı - VİDEO

İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian və onun həyat yoldaşı Həsən Məcidinin Qazaxıstanda milli geyim salonunda çəkilmiş görüntüləri maraqla qarşılanıb.

Moderator.az xəbər verir ki, onların mağazanı ziyarət etməsinin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

İranda iqtisadi vəziyyətin çətin olduğu bir zamanda Z. Pezeşkianla ərinin brend mağazanı ziyarət etməsi birmənalı qarşılanmayıb.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian 10-11 dekabr tarixlərində Qazaxıstana rəsmi səfər edib. Zəhra Pezeşkian və Həsən Məcidi səfər zamanı onu müşayiət ediblər.

Link kopyalandı!
Son xəbərlər