ABŞ və Ukrayna nümayəndələri arasında danışıqların ikinci raundu başladı
Dünya
351
17:00, Bu gün

ABŞ və Ukrayna nümayəndələri arasında danışıqların ikinci raundu başladı

Berlində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu başlayıb.

Moderator.az xəbər verir ki, məlumatı "The Guardian" yayıb.

Görüşdə Ukrayna tərəfinə Prezident Volodimir Zelenski, ABŞ təmsilçilərinə Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edirlər.

Məlumata görə, Avropa liderləri daha sonra Kiyevlə həmrəy olduqlarını bildirmək üçün Volodimir Zelenskiyə qoşulacaqlar. Yeddi Avropa liderinin, Avropa İttifaqı və NATO nümayəndələrinin qatılacağı görüş Aİ sammitindən bir neçə gün əvvəl keçiriləcək və burada Ukraynanın dondurulmuş Rusiya aktivləri hesabına maliyyələşdirilməsi məsələsi müzakirə olunacaq.

Link kopyalandı!
Son xəbərlər