01:08
6°C
Bakı
ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris 2028-ci il seçkiləri ərəfəsində mövqelərini gücləndirmək üçün çalışır.
Moderator.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
“Kaliforniya qubernatoru Gavin Nyusom və digər potensial namizədlərin rəqabətinə baxmayaraq, milli sorğular göstərir ki, Harris Demokratlar Partiyasının öncül namizədi olaraq qalır”, - məlumatda bildirilib.
Qeyd edək ki, 2024-cü ildə ABŞ-da keçirilən prezident seçkilərində Kamala Harris respublikaçı rəqibi Donald Trampa uduzmuşdu.