Cənubi Koreya dünyada hərtərəfli süni intellekt qanunvericiliyini qəbul edən ilk ölkə olmağa hazırlaşır.
Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sözügedən qanun layihəsi 2026-cı ilin yanvarın 22-də qüvvəyə minəcək.
Cənubi Koreyada süni intellekt qanunu ötən ilin sonunda qəbul edilib və bu ilin yanvarında rəsmi olaraq dərc edilib. Qanun rəsmi dərc edildikdən düz bir il sonra qüvvəyə minəcək.
Tətbiq ediləcək yeni qanunlar ölkədə müasir süni intellekt texnologiyalarının demək olar ki, bütün spektrini əhatə edəcək.
Yeni qanunda bizneslə bağlı müəyyən narahatlıqlar var. Aparılan bir araşdırmaya görə, Cənubi Koreya süni intellekt startaplarının 98 faizi hələ də yeni qanuna uyğunlaşmaq üçün hərtərəfli bir sistemə malik deyillər. Sorğuda iştirak edənlərin təxminən yarısı konkret tənzimləyici gözləntilərini zəif başa düşdüklərini etiraf ediblər və demək olar ki, eyni sayda insan görülən hazırlıq tədbirlərinin qeyri-kafi olduğunu bildirib.