18:04
6°C
Bakı
Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol Pxenyana pilotsuz təyyarələr göndərməklə hərbi vəziyyət yaratmaq və ölkəni müharibəyə çəkmək istəyirmiş.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" Koreya prokuroruna istinadən xəbər yayıb.
Nəşrin məlumatına görə, Y.S.Yol KXDR-in hava məkanına kəşfiyyat dronları göndərməklə qonşu dövlətdə qıcıq yaratmaq istəyib.
Pilotsuz təyyarələr Pxenyan yaxınlığına düşüb. Bundan sonra sabiq prezident qonşu ölkədə hərbi vəziyyət yaratmağa müvəffəq olub və cənubi koreyalıların arasında narazılıq yaradıb. Kütləvi etirazlardan sonra ölkə parlamenti prezidentin qərarını ləğv edib və impiçment prosesini başlayıb.