“Türkiyə diplomatiyası Suriyada tarixin doğru tərəfində dayandı və bu prosesdən alnıaçıq çıxdı”.
Moderator.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Nazir qeyd edib ki, son 15 ildə Türkiyə Suriyada tarixin ən çətin sınaqlarından birindən keçib:
“Bunun siyasi-iqtisadi bədəlini ödədik, amma insanlıq ləyaqətindən güzəştə getmədik. Bu müddətdə tək buraxıldığımız, bir çox ölkənin terror təşkilatları ilə taktiki əməkdaşlıqlara getdiyi dövrlər oldu. Amma biz öz istiqamətimizdən yayınmadıq”.
Hakimiyyət dəyişikliyinin Suriya xalqı üçün yeni bir ümid səhifəsinin açıldığı bir dönüş nöqtəsi olduğunu vurğulayan Hakan Fidan sözlərini belə davam etdirib:
“Amma Suriyada işimiz indi yeni başlayır. İnanırıq ki, xarici müdaxilələrdən azad, sabit bir Suriya regionumuz üçün böyük bir əlavə dəyər olacaq. Türkiyə bu prosesdə dost və qardaş Suriya xalqının yanında qətiyyətlə dayanmağa davam edəcək”.