Honkonqda keçmiş media maqnatına ömürlük həbs cəzası verilib
Dünya
761
13:10, Bu gün

Honkonqda keçmiş media maqnatına ömürlük həbs cəzası verilib

Honkonq Ali Məhkəməsi "Apple Daily" tabloidinin keçmiş sahibi və sabiq media maqnatı Cimmi Layı milli təhlükəsizlik qanununun pozulması ilə bağlı işdə bütün ittihamlar üzrə təqsirli bilib.
 
Moderator.az xəbər verir ki, bu barədə RTHK məlumat yayıb.
 
Məlumata görə, Layın ömürlük həbsini nəzərdə tutan hökm 156 günlük məhkəmə prosesindən sonra verilib.
 
Məhkəmədə bildirilib ki, sabiq mediamaqnat uzun illər Çinə qarşı kin və nifrət bəsləyib. Onun yeganə məqsədinin hakim Çin Kommunist Partiyasını devirmək olduğu qeyd edilir.
 
Məlumata görə, 71 yaşlı sahibkar Honkonqun demokratiya hərəkatını dəstəkləməsi və Çini tənqid etməsi ilə məşhurlaşıb. Avqust ayında o, milli təhlükəsizlik qanununu pozmaqda şübhəli bilinərək saxlanılıb. Bu, Layın Honkonq hakimiyyəti ilə ilk qarşıdurması deyil. O, 2019-cu ilin avqustunda etiraz aksiyalarının təşkilində ittiham olunaraq həbs edilmişdi.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər