Məşhur Hollivud rejissoru və həyat yoldaşı evlərində ölü tapılıblar
Dünya
398
09:03, Bu gün

Məşhur Hollivud rejissoru və həyat yoldaşı evlərində ölü tapılıblar

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində məşhur Hollivud rejissoru, 78 yaşlı Rob Rayner və həyat yoldaşı, 68 yaşlı Mişel Singer Rayner evlərində ölü tapılıblar.
 
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
 
Məlumata görə, hər iki şəxsin üzərində bıçaq yaraları müəyyən olunub. Hadisə yerində yanğın baş verdiyindən cəsədlərin şəxsiyyətini müəyyənləşdirməyin çətin olduğu bildirilib.
 
Agentlik digər mənbələrinə istinadən xəbər yayıb ki, cütlük oğulları tərəfindən öldürülüb. Hadisənin motivləri açıqlanmayıb.
 
Baş verən hadisə ilə bağlı istintaq davam edir.
 
Link kopyalandı!
Son xəbərlər