Dünyanın ən ağır binası hər il altı millimetr dərinə gedir
Dünya
282
08:20, Bu gün

Dünyanın ən ağır binası hər il altı millimetr dərinə gedir

Rumıniyanın paytaxtı Buxarest şəhərində yerləşən Parlament Sarayı hər il daha çox torpağa batır.
 
Moderator.az bu barədə "Sözcü" qəzetinə istinadən xəbər verir.
 
Buna səbəb kimi isə sarayın çəkisi göstərilir. Belə ki, onun ağırlığı 4.1 milyon ton təşkil edir. Bu göstərici ilə Parlament Sarayı dünyanın ən ağır binası sayılır.
 
Qeyd edilir ki, rekord ağırlığı səbəbindən o, hər il təqribən 6 millimetr torpağa batır.
 
Onun inşasında 700 min ton polad və bürünc, bir milyon kubmetr mərmər, 900 min kubmetr taxta və 3 500 ton büllur istifadə olunub.
 
Link kopyalandı!
Son xəbərlər