Polşa və Macarıstan XİN rəhbərləri arasında mübahisə düşdü
Dünya
632
14 Dec 2025 | 23:53

Polşa və Macarıstan XİN rəhbərləri arasında mübahisə düşdü

Polşa və Macarıstan xarici işlər nazirləri Radoslav Sikorski və Peter Siyarto dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı sosial mediada mübahisə ediblər.

Moderator.az xəbər verir ki, mübahisə Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya aktivlərinin müsadirəsini "müharibə elanı" adlandırması ilə başlayıb.

Cavab olaraq Sikorski yazıb ki, Orban Lenin ordenini qazanıb.

Onun sözləri Siyartonun tənqidinə səbəb olub və o, Sikorskiyə Polşanın həqiqətən Rusiya ilə Avropa arasında müharibə istədiyini, lakin Macarıstanın bu münaqişəyə cəlb olunmasına icazə verməyəcəyini bildirib.

Polşa xarici işlər naziri isə müharibəyə Rusiyanın addımlarının səbəb ola biləcəyini və Macarıstanın bu dəfə də Rusiyanın tərəfini tutacağını qeyd edib.

Polşa və Macarıstan XİN rəhbərləri arasında mübahisə düşdü

Link kopyalandı!
Son xəbərlər