Avstraliyada atışma baş verib
Dünya
761
14:02, Bu gün

Avstraliyada atışma baş verib

Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində atışma baş verib.

Moderator.az xəbər verir ki, Yeni Cənubi Uels polisi sosial şəbəkədə paylaşım edərək "hadisə yerində olan hər kəsə" müraciət edib.

Müraciətdə bildirilir ki, hadisə baş verən ərazidən uzaq dursunlar:

X platformasında yayılan videolarda Bondi çimərliyində insanların qaçması, bir neçə atəş səsi və polis sirenlərinin eşidildiyi görünür.

Avstraliyanın baş naziri Entoni Albanizenin sözçüsü bildirib: "Bondidə aktiv təhlükəsizlik vəziyyətinin mövcudluğundan xəbərdarıq. Yaxınlıqda olan insanları Yeni Cənubi Uels polisindən verilən məlumatlara əməl etməyə çağırırıq."

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər