Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı
Dünya
704
13:25, Bu gün

Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı

Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib.

Moderator.az bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlərə istinadən verib.

Ekspertlər qeyd edirlər ki, şəhərdə matəmlə bağlı bəzi tədbirlərin ləğv edilməsinin səbəb olduğu itkilər zərərin məbləğinə daxil deyil.

Son məlumatlara görə, noyabrın 26-da başlayan və iki gün sonra söndürülən yanğın 1 736 mənzili və onlarda olan bütün əmlakı tamamilə məhv edib. Ümumilikdə təxminən beş min nəfər evsiz qalıb. Yanğın nəticəsində ən azı 160 nəfər həlak olub.

Xatırladaq ki, noyabrın 26-da təxminən dörd min sakinin yaşadığı Tai Po rayonundakı yaşayış kompleksində bir neçə çoxmərtəbəli binada yanğın baş verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər