Saatda 19 milyon dollar: Rusiyanın müharibə xərcləri rekord həddə çatıb
Dünya
720
13:21, Bu gün

Saatda 19 milyon dollar: Rusiyanın müharibə xərcləri rekord həddə çatıb

Rusiyanın 2025-ci ilin yanvar-sentyabr aylarında hərbi xərclər üzrə federal büdcəsinin xərcləri 11,854 trilyon rubla (142,25 milyard dollar) çataraq yeni rekord qırıb.

"The Moscow Times" qəzeti Beynəlxalq təhlükəsizlik tədqiqatları institutunun əməkdaşı Yanis Klyuqeyə istinadən bildirib.

Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə hərbi xərclər və silah istehsalı daha 30 faiz artıb. Rusiyanın hərbi büdcəsi 2023-cü il səviyyəsi ilə müqayisədə 95 faiz, 2022-ci il səviyyəsi ilə müqayisədə isə 173 faiz artıb.

Müharibədən əvvəlki son ildən fərq daha da təəccüblüdür. 2021-ci illə müqayisədə müdafiə xərcləri 295 faiz və ya təxminən dörd dəfə artıb.

Hesablamalara görə, Rusiyanın orta hərbi xərcləri ayda 13,2 milyard dollar və ya saatda təxminən 19 milyon dollar təşkil edir.

Rusiya hərbi büdcəsinin yarıdan çoxu (59 faiz) məxfi saxlanılır. Keçən illə müqayisədə "kölgə" büdcəsi 39 faiz artıb və müharibədən əvvəlki dövrdən beş dəfə çoxdur.

Kreml federal büdcə vergilərinin 44 faizini və xərclərinin 39 faizini müharibəyə xərcləyib. Hər iki rəqəm də rekord həddə çatıb. Müqayisə üçün, ötən il bu rəqəmlər müvafiq olaraq 39 və 36 faiz təşkil edib. 2021-ci ildə isə bu rəqəmlər cəmi 18,4 və 19 faiz olub.

Klyuqenin hesablamalarına görə, 2022-ci ilin əvvəlindən bəri Ukrayna ilə müharibə Rusiya vergi ödəyicilərinə 42,343 trilyon rubl və ya 542 milyard dollara başa gəlib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər