Tramp:
Dünya
232
00:35, Bu gün

Tramp: "İŞİD ABŞ əsgərlərinin öldürülməsinə görə cavab verəcək"

"Vaşinqton Administrasiyası Suriyada iki ABŞ əsgərinin və bir amerikalı tərcüməçinin öldürülməsindən sonra terrorçu İŞİD qruplaşmasına qarşı cavab tədbirləri görəcək.

Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.

O, Suriyada "ABŞ-yə qarşı İŞİD hücumu" olduğunu qeyd edib. "Cavab çox ciddi olacaq", - deyə Tramp vurğulayıb.

Xatırladaq ki, hadisə Suriyanın Palmira şəhəri yaxınlığında baş verib. Pentaqonun məlumatına görə, ABŞ ordusu bölgədə İŞİD terror qruplaşmasına qarşı əməliyyatları dəstəkləyir.

Link kopyalandı!
Son xəbərlər