21:46
9°C
Bakı
Rusiyanın Moskva vilayətində Novinki aerodromunda yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Moderator.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Məlumata görə, təyyarənin göyərtəsində iki nəfər olub və qəza zamanı onlardan biri xəsarət alıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, Novinki aerodromu Moskva dairəvi yolundan 80 kilometr aralıda yerləşir.