ABŞ ilə müqavilənin icrasından bəri Belarus ölkədə məhkum edilmiş 156 xarici vətəndaşı əfv edi.
Moderator.az xəbər verir ki, bu barədə "Пул Первого" məlumat yayıb.
"Dövlət başçısı müxtəlif cinayətlərə - casusluq, terrorizm və ekstremizmə görə Belarus Respublikasının qanunlarına əsasən məhkum edilmiş müxtəlif ölkələrin 123 vətəndaşını əfv etmək qərarına gəlib. Ümumilikdə, noyabr ayının sonunda Belarus Prezidentinin verdiyi qərarlar nəzərə alınmaqla, son dövrlərdə əfv edilən şəxslərin sayı 156 nəfərdir", - deyə bəyanatda bildirilir.
Həmçinin qeyd edilib ki, əfv fərmanı Belarus lideri Aleksandr Lukaşenko tərəfindən amerikalı həmkarı Donald Trampla razılaşmanın bir hissəsi olaraq və "onun xahişi ilə", keçmiş ABŞ prezidenti Co Bayden administrasiyası tərəfindən Belarusun kalium sənayesinə qarşı tətbiq edilən sanksiyaların ləğvi ilə əlaqədar olaraq, eləcə də Belarusa qarşı digər sanksiyaların ləğvi üçün danışıqlar prosesinə uyğun olaraq verilib.
Aleksandr Lukaşenko ilə ABŞ Prezidentinin xüsusi elçisi Con Kol arasında danışıqlar bir gün əvvəl Minskdə başlayıb. Danışıqlar ertəsi gün də davam edib .