Belçikada miqrantlara münasibət əsasən neytral və ya bir qədər mənfi olaraq qalır.
Moderator.az Azərtac - a istinadla xəbər verir ki, bununla belə, sorğuda iştirak edən bir çox belçikalı özünü cəmiyyətin ümumi mövqeyi ilə müqayisədə yeni gələnlərə daha açıq hesab edir. Mühafizəkar və millətçi baxışları bölüşənlər miqrasiyanın məhdudlaşdırılmasını dəstəklədiklərini bildirir, liberallar isə daha çox açıq siyasətə və həmrəyliyə üstünlük verirlər. Araşdırma göstərir ki, respondentlərin ənənəvi və ya alternativ mediaya olan etimad səviyyəsi də mövqelərin formalaşmasında mühüm rol oynayır. Bu nəticələr Miration Studies təşkilatı və Leuven Universitetinin Təbiət elmləri fakültəsindən olan mütəxəssislər qrupunun apardığı tədqiqatda əksini tapıb.
Sorğu iştirakçıları miqrantların mövcudluğunu ilk növbədə Avropa İttifaqının problemi kimi dəyərləndirir, Belçika üçün isə bunu daha az aktual hesab edirlər. Yeddi ballıq şkala üzrə qiymətləndirmədə ən çox dəstək sərhəd nəzarətinin gücləndirilməsi və Aİ-nin sərhədlərinin qorunmasına investisiyaların artırılması təkliflərinə verilib. Belçika cəmiyyətində qaçqınların Aİ daxilində yenidən bölüşdürülməsi ideyası isə daha az dəstək qazanıb.