Baş redaktor qızlarla sevgili olduqdan sonra onları işə götürürmüş - Həqiqətlər üzə çıxır
Dünya
318
16:12, Bu gün

Baş redaktor qızlarla sevgili olduqdan sonra onları işə götürürmüş - Həqiqətlər üzə çıxır

Türkiyədə aparılan narkotik əməliyyatı çərçivəsində həbs olunan Mehmet Akif Ersoy ( Habertürkün baş redaktoru ) barədə yeni iddialar səsləndirilib.

Moderator.az xəbər verir ki, ifadə verən 35 yaşlı qadın jurnalist ( adı açıqlanmır ) Ersoy və digər şəxslərlə münasibətlər yaşadığını və birlikdə bəzi hadisələrdə iştirak etdiyini bildirib.

Jurnalist ifadəsində qeyd edib ki, Mehmet Akif Ersoy ilə ilk tanışlığı iş axtardığı dövrə təsadüf edib və əvvəlcə ona cavab verilməyib. Tanışlıqdan sonra isə Etiler və digər məkanlarda görüşlər keçirilib. Həmin görüşlər zamanı müəyyən şəxslərlə birlikdə narkotik maddələrdən istifadə edildiyi iddia olunub.

O, ifadəsində bir hadisəni belə izah edib: "Bir gün "Kütüphane" adlı məkana getdik. Eve qayıtdıq və Ersoy ilə münasibətdə olduq. Səhər otağın qapısı açıldı. O zaman Ersoy ilə birlikdə idik. Başqa bir şəxs otağa yaxınlaşdı. Mən Ersoya "nə baş verir?" - deyə soruşdum. O isə cavab verdi: "eybi yox, baxsın.'"

İstintaq orqanları ifadələr üzrə araşdırmalara davam edir və iddiaların doğruluğu hələ rəsmi şəkildə təsdiqlənməyib.

 

(Milli.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər