Ərdoğan Putinlə görüşün təfərrüatlarını açıqlayıb
Dünya
202
14:47, Bu gün

Ərdoğan Putinlə görüşün təfərrüatlarını açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Moderator.az xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinlə təxminən 1,5 saat davam edən görüşün detalları barədə açıqlama verib.

Ərdoğan bildirib ki, cənab Trampın təşəbbüsləri ilə başlanan dialoqu müsbət qiymətləndirdiklərini vurğulayaraq Türkiyənin sülh səylərinə verə biləcəyi töhfələri müzakirə ediblər.

“Əsasən müharibə və sülh təşəbbüsləri ətrafında fikir mübadiləsi apardıq. Türkiyənin bu məsələdə tutduğu mövqeyi bütün tərəflər kimi cənab Putin də çox yaxşı bilir. Putinlə keçirdiyimiz bu görüşdən sonra, inşallah, ABŞ Prezidenti Tramp ilə də sülh planını müzakirə etmək imkanı əldə edərik. Sülh uzaqda deyil, onu görürük” – Türkiyə Prezidenti qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər