15:29
14°C
Bakı
Çin iki peykdən ibarət "Kuaizhou-11" raket daşıyıcısını uğurla orbitə buraxıb.
Moderator.az xəbər verir ki, bu barədə "Chinadaily" nəşri məlumat yayıb.
Xəbərə görə, raketin buraxılışı Pekin vaxtı ilə səhər saat 09:08-də (Bakı vaxtı ilə 05:08 - red.) Çinin şimalındakı Tszyutsyuan Peyk Buraxılış Mərkəzindən həyata keçirilib. Bu, "Kuaizhou-11"in dördüncü uçuşudur.
Qeyd olunur ki, "Di'er-5" sınaq kosmik gəmisi və "Xiwang-5-2" peyki orbitə çıxarılıb.
Dördmərhələli bərk yanacaqlı raket "Kuaizhou-11" Çin Aerokosmik Elm və Sənaye Korporasiyası tərəfindən hazırlanıb. Raketin uzunluğu 25 metrdən çoxdur və aşağı Yer orbitinə 1.5 tona qədər faydalı yük daşıma qabiliyyətinə malikdir.