Boliviyanın keçmiş prezidenti həbs olunub
Dünya
320
11:48, Bu gün

Boliviyanın keçmiş prezidenti həbs olunub

Boliviya məhkəməsi keçmiş prezident Luis Arsenin təqsirləndirilən şəxs olduğu korrupsiya istintaqı başlayana qədər beşaylıq həbs qətimkan tədbiri seçməsini qərara alıb.

Moderator.az xəbər verir ki, bu barədə "El Deber" nəşri məlumat yayıb.

Baş Prokurorluq qaçış və ya istintaqa maneə yaratmaq cəhdləri riskinin olduğunu düşündüyü üçün Arsenin məhkəmə iclasına qədər həbsdə saxlanılmasını istəyib.

Nəşrin məlumatına görə, keçmiş ölkə başçısı vəzifə borcunu yerinə yetirməməkdə və dövlətə iqtisadi ziyan vurmaqda günahlandırılır.

Sabiq prezidentin vəkilləri onun xərçəng xəstəliyi və yaşlı anasına qulluq etmək ehtiyacı səbəbindən azadlıqda qalmasını istəyiblər.

Arse dekabrın 10-da saxlanılıb. Onunla bağlı korrupsiya halları keçmiş prezident (2006-2019) Evo Moralesin dövründə iqtisadiyyat naziri vəzifəsində çalışdığı dövrdə baş verib. Sabiq dövlət başçısı ittihamları rədd edir və həbsinin siyasi motivli olduğunu düşünür.

Arse 2020-ci il noyabrın 8-dən 2025-ci il noyabrın 8-nədək Boliviyanın prezidenti olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər