12:35
12°C
Bakı
Rusiyanın Saratov vilayətində Pilotsuz Uçan Aparatlar (PUA) ilə hücum nəticəsində yaşayış binasında bir neçə mənzil zərər görüb, iki nəfər həlak olub.
Moderator.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Saratov vilayətinin qubernatoru Roman Busarqin bildirib.
Sakinlər üçün müvəqqəti yaşayış məntəqəsi təşkil edilib.
"İdarə işçiləri mənzillərdə yoxlama keçiriblər. Bərpa işləri üçün bütün vəsait vilayət büdcəsindən ayrılacaq", - qubernator deyib.