Kütahyada kömür mədənində yeddi işçi dəm qazından zəhərlənib
Dünya
2434
13 Dec 2025 | 08:40

Kütahyada kömür mədənində yeddi işçi dəm qazından zəhərlənib

Türkiyənin Kütahya vilayətində özəl kömür mədənində yeddi işçi qazıntı zamanı yüksək qaz səviyyəsindən zəhərləniblər.

Moderator.az xəbər verir ki, Gediz şəhərində yerləşən mədəndəki fəhlələrin bəziləri oksigenlə zəngin əraziyə qaçmağı bacarıb.

Xilasetmə qrupları tərəfindən mədəndən xilas edilən işçilər müalicə üçün xəstəxanaya aparılıblar.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Link kopyalandı!
Son xəbərlər