01:33
9°C
Bakı
ABŞ-nin ordu naziri Den Driskoll Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindən uzaqlaşdırılıb.
Moderator.az bildirir ki, bu barədə "The Telegraph" nəşri mənbələrə istinadən xəbər verir.
Qeyd edilir ki, Pentaqon rəhbəri Pit Heqset onu danışıqlardan kənarlaşdırmaq qərarına gəlib. Məlumata görə, Heqset Driskollun öz səlahiyyətlərini aşdığı qənaətinə gələrək belə bir addım atıb.
Bildirilir ki, Driskollun avtoriteti Donald Tramp administrasiyası daxilində sürətlə artıb, təcrübəsi və təmkinliliyi ilə avropalılar arasında getdikcə daha çox populyarlıq qazanıb.