Rəsmi Ankara Odessada Türkiyəyə məxsus yük gəmisinin vurulması ilə bağlı vəziyyəti yaxından izləyir
Dünya
316
12 Dec 2025 | 22:10

Rəsmi Ankara Odessada Türkiyəyə məxsus yük gəmisinin vurulması ilə bağlı vəziyyəti yaxından izləyir

Çernomorsk limanına hücum nəticəsində Türkiyə şirkətinə məxsus gəmiyə ziyan dəyib, heyət təxliyə olunub.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Müharibənin Qara dənizə yayılması, dəniz təhlükəsizliyi və naviqasiya azadlığı baxımından daha əvvəl ifadə etdiyimiz narahatlıqların haqlı olduğunu göstərir”, - açıqlamada deyilir.

Açıqlamada həmçinin bildirilib ki, ilkin məlumata görə, gəmidəki heyət üzvləri və TIR sürücüləri təxliyə olunur və hücum nəticəsində zərər görən vətəndaş yoxdur.

Odessadakı Baş Konsulluq vəziyyəti yaxından izləyir və vətəndaşlara zəruri dəstək göstərir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər