Böyük Britaniya kralı xəstəliyi ilə bağlı xalqa müraciət edəcək
Dünya
360
12 Dec 2025 | 22:00

Böyük Britaniya kralı xəstəliyi ilə bağlı xalqa müraciət edəcək

Böyük Britaniya Kralı III Çarlz ictimaiyyəti xərçəng xəstəliyi ilə mübarizəsi barədə məlumatlandırmaq qərarına gəlib.

Moderator.az bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir.

Kralın videomüraciəti "Cancer Research UK" və "Channel 4" telekanalının birgə təşkil etdiyi "Stand Up To Cancer 2025" kampaniyası çərçivəsində göstəriləcək.

Monarx xəstəliyin diaqnozu, öz mübarizəsi barədə təfərrüatı bölüşəcək və bu məsələdə şəxsi təcrübəsini açıqlayacaq.

Kralın müraciəti "Channel 4" telekanalında yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 00:00 - red.) yayımlanacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər