Putinə “alındı” deyilmişdi: rus qoşunları mühasirədə
Dünya
310
12 Dec 2025 | 21:19

Putinə “alındı” deyilmişdi: rus qoşunları mühasirədə

Ukrayna ordusu Kupyanskda uğurlu əks-hücum elan edib, Rusiya qüvvələrinin mühasirəyə alındığını bildirir.

Moderator.az xəbər verir ki, bununla bağlı Ukrayna Milli Qvardiyasının “Xartiya” briqadasının komandiri İqor Obolenski məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərində əks-hücum həyata keçirib və təxminən 200 nəfərlik Rusiya hərbçisinin təchizat yollarını kəsib.

Bundan başqa, bölmələr şəhərə eyni vaxtda bir neçə istiqamətdən daxil olaraq logistikanı iflic edib:

“Bu gün artıq deyə bilərik ki, rus qüvvələri şəhərdə tam şəkildə təcrid olunub… Hazırda onlar mühasirəyə düşdüklərini anlayırlar”.

Ukrayna tərəfi Kondraşovkanın, ona bitişik ərazilərin və meşə massivlərinin tam azad edildiyini açıqlayıb.

“Xartiya” briqadası həmçinin Radkovka və onun ətrafından Rusiya qüvvələrini sıxışdırıb çıxarıb, Kupyanskın özündə isə şəhərin şimal hissəsində yerləşən onlarla yaşayış evinə nəzarəti bərpa edib.

Uzunmüddətli əməliyyat nəticəsində Kupyanskın əhəmiyyətli hissəsi Ukraynanın nəzarətinə keçib. 

Qeyd edək ki, noyabrın 20-də Rusiya silahlı qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə Kupyanskın “ələ keçirilməsi” barədə məruzə etmişdi.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər