23:54
11°C
Bakı
Almaniya kansleri Fridrix Merz Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar aparmaq üçün 15 dekabrda Berlində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Moderator.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Stefan Kornelius məlumat verib.
"Almaniya kansleri Fridrix Merz bazar ertəsi günü Almaniya-Ukrayna iqtisadi danışıqları və Ukraynada sülh danışıqlarının gedişatı ilə bağlı fikir mübadiləsi aparmaq üçün Volodimir Zelenskini qəbul edəcək. Həmin axşam çoxsaylı Avropa dövlət və hökumət başçıları, eləcə də AB və NATO liderləri müzakirələrə qoşulacaqlar", - Kornelius bildirib.