Dünya
183
21:00, Bu gün

"Reuters": Dekabrda Rusiyanın neft-qaz gəlirləri yarıbayarı azalacaq

Rusiyanın neft və qaz gəlirləri dekabr ayında ötən illə müqayisədə təxminən yarıya düşərək 410 milyard rubla (5,17 milyard dollar) çatacaq.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, gəlirlər COVID-19 pandemiyası dövründən, 2020-ci ilin avqustundan bəri ən aşağı səviyyəyə düşəcək. Dekabr ayında azalmanın əsas səbəbi neft qiymətlərinin düşməsi və rublun möhkəmlənməsi ilə izah olunur.

Bütün il ərzində neft və qaz gəlirlərinin təxminən dörddə bir azalaraq 8,44 trilyon rubla düşəcəyi gözlənilir ki, bu da Rusiya Maliyyə Nazirliyinin 8,65 trilyon rubl proqnozundan aşağıdır.

Neft və qaz gəlirləri Kremlin əsas maliyyə mənbəyidir və federal büdcə gəlirlərinin təxminən dörddə birini təşkil edir.

Gəlirlərin azalması, Ukraynaya hərbi müdaxilədən sonra müdafiə və təhlükəsizlik xərclərini əhəmiyyətli dərəcədə artıran Rusiya üçün ciddi problemlər yaradır.

Link kopyalandı!
Son xəbərlər